Dünya

Özünü internetdə qız kimi təqdim edib milyonçu kişini soydu

28 Avqust 2022 11:14
Baxış: 1 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Saqa prefekturasının sakini tanışlıq tətbiqində özünü qadın kimi təqdim edən fırıldaqçının qurbanı olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, həmin şəxsə ümumilikdə 100 milyon yen (730 min dollardan çox) pul köçürüb.

40 yaşlı yaponla fırıldaqçının onlayn söhbətləri üç həftə davam edib. Virtual söhbət zamanı özünü qadın kimi təqdim edən dələduz kişini valyuta birjasında ticarətə investisiya qoymağa razı salıb.

Ümumilikdə, kişi 12 müxtəlif bank hesabına 17 pul köçürməsi edib.

Nəhayət, kişi şübhələnərək polisə müraciət edib. Hazırda hüquq-mühafizə orqanları fırıldaqçının kimliyini müəyyənləşdirməyə və onu tapmağa çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.