Tvitterdə Arnold Şvartsneggerin keçmiş həyat yoldaşı Maria Şriverin görünüşü müzakirə olunub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, Los-Ancelesdə gəzintidə makiyajsız görüntülənib.
İstifadəçilər 66 yaşlı xanımın uğursuz plastik əməliyyatını tənqid ediblər. Hətta onu yadplanetlilərə bənzədiblər.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşı qızı olan Mariya Şrayver 1986-cı ildə Arnold Şvartseneggerlə ailə həyatı qurub. Evlilikdə cütlüyün dörd övladı var: Ketrin, Kristina, Patrik və Kristofer. Cütlük boşandıqlarını 2011-ci ildə Şvartseneggerin ev işçisi Mildred Baena ilə oğlu olduğu məlum olanda elan etmişdi.
Milli.Az