Dünya

Oğurladığı avtomobillə metroya daxil oldu: Pilləkəndə ilişdi - VİDEO - FOTO

26 Avqust 2022 03:22
Baxış: 1 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın paytaxtı Madriddə bir nəfər oğurladığı avtomobillə "Plaza Eliptica" metrostansiyasına daxil olub. Avtomobillə stansiyanın pilləkənlərini qalxmağa çalışan şəxs orada ilişib qalıb.

Avtomobilin çıxarılması üçün saatlarla iş aparılıb. Nəticədə içəridə qalan şəxs xilas edilib və xəstəxanaya aparılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı ölən və yaralananlar olmayıb.

Testlər nəticəsində oğrunun narkotikdən istifadə etdiyi müəyyən edilib. O, təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

İspaniya mətbuatında çıxan xəbərlərdə bildirilib ki, həmin şəxs avtomobili başqa bir metrostansiyanın dayanacağında tapıb və açarları üzərində olduğu üçün oğurlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.