Dünya

Suriyada PKK-nın yüksək səviyyəli idarəçisi məhv edildi - FOTO

21 Avqust 2022 11:54
0 Şərh     Baxış: 858
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Milli Kəşfiyyat Təşkilatı Suriyada PKK-ya əhəmiyyətli zərbə endirib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, təşkilatın yüksək səviyyəli idarəçisi məhv edilib.

Suriyanın şimalında Hasəkədə PKK/YPG terrorçularına ideoloji və silahlı təlim keçən Mihyeddin Gulo əməliyyatla zərərsizləşdirilib. Əməliyyat avqustun 9-da Qamışlıda həyata keçirilib.

Kod adı Hebat Derik olan Gulonun Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı bir çox aksiyaların planlaşdırılmasında fəal rol oynayıb. Həmçinin "Barış Pinarı" və "Zeytun budağı" əməliyyatlarında iştirak edib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.