Dünya

Türkiyədə ağır yol qəzası baş verib, 2-si jurnalist olmaqla 15 nəfər ölüb - VİDEO

20 Avqust 2022 14:02
0 Şərh     Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə çox sayda insan ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə Qaziantep-Nizip yolunda qeydə alınıb.

İlkin məlumata görə, yüksək sürətlə hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb və aşıb.

Daha sonra hadisə yerinə gələn təcili tibbi yardım və yanğınsöndürən maşın ərazidə hərəkət edən avtobusla toqquşub.

Hadisə nəticəsində azı 15 nəfərin öldüyü, 22 nəfərin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, dünyasını dəyişənlərdən ikisi jurnalistdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.