Dünya

Çin, Hindistan və Rusiya birgə hərbi təlimlər keçirəcək

18 Avqust 2022 08:34
0 Şərh     Baxış: 576
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya ərazisində avqustun 30-dan sentyabrın 5-dək "Vostok-2022" hərbi təlimləri keçiriləcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, təlimdə Çin, Hindistan, Belarus, Tacikistan, Monqolustan, Rusiya və digər ölkələrin hərbçiləri iştirak edəcəklər.

"Çin tərəfi iştirakçı ölkələrin silahlı qüvvələri ilə praqmatik, mehriban əməkdaşlığı dərinləşdirmək, bütün tərəflər arasında strateji koordinasiya səviyyəsini artırmaq və müxtəlif təhlükəsizlik təhdidlərinə qarşı durma qabiliyyətini yüksəltmək məqsədilə bu təlimdə iştirak etmək üçün şəxsi heyət göndərib" ,- deyə açıqlamada qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.