Dünya

Ukraynanın müdafiə naziri nüvə fəlakəti ilə bağlı xəbərdarlıq etdi

16 Avqust 2022 14:00
0 Şərh     Baxış: 884
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov nüvə fəlakəti ilə bağlı beynəlxalq ictimaiyyətə xəbərdarlıq edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

"Avropada nüvə fəlakətinin baş verməməsi üçün bütün beynəlxalq ictimaiyyətdən Rusiyaya təsir göstərməyi xahiş edirik. Enerqodar şəhərinin və Zaporojye AES-in ətrafının davamlı atəşə tutulması təxribatdır. Bizim bunu etməyimizin mənası yoxdur. Çünki biz nüvə fəlakətinin nəticələrini başa düşürük", - O.Reznikov bildirib.

O həmçinin 1986-cı ildə baş vermiş Çernobıl faciəsini xatırladıb: "Biz bunun necə böyük təhlükə olduğunu bilirik. Ona görə də beynəlxalq ictimaiyyətdən Rusiyaya təsir etməyi xahiş edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.