Dünya

Məşhur müğənni vəfat etdi

14 Avqust 2022 20:29
0 Şərh     Baxış: 676
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur israilli müğənni və bəstəkar Tsvika Pik bu gün Təl-Əvivdə 72 yaşında vəfat edib.

Milli.Az kult.az-a istinadla xəbər verir ki, bu barədə İsrailin "Kan" radiosu məlumat yayıb.

Pik çoxlu sayda hitlərin müəllifidir, onların arasında "Diva" mahnısı 1998-ci ildə "Avroviziya" mahnı müsabiqəsində qalib gəlib.

İsrailin baş naziri Yair Lapid bazar günü Pikin ölümü ilə bağlı onun ailəsinə və pərəstişkarlarına başsağlığı verib.

"Tsvika öz nəslinin inqilabi mədəniyyət xadimi, İsrail pop musiqisinin sütunlarından biri idi. O, əbədiyyətə qovuşdu, lakin onun əsərləri hər zaman qalacaq", - baş nazir bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.