Dünya

“Bu, böyük səhv olardı” – Boltondan kritik İran mesajı

11 Avqust 2022 23:38
0 Şərh     Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ABŞ İranla nüvə sazişinə qayıtmamalıdır, əks halda, bu, böyük səhv olardı".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton deyib.

"Hesab edirəm ki, administrasiyanın (ABŞ hökumətinin) 2015-ci il nüvə sazişinə qayıtmaq üçün yalvarması böyük səhvdir. Hökumət Vyanada diz çökərək razılaşmaya qayıtmaq üçün yalvarır ki, bu da təkcə İranın deyil, həm də dünyanın qarşısında zəif görünmək deməkdir", - Bolton bildirib.

ABŞ-da Con Boltona qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən İran vətəndaşına qarşı cinayət işi açılıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü keçmiş milli təhlükəsizlik müşavirini öldürməyə cəhddə ittiham olunur. 45 yaşlı Şəhram Pursəfinin "Qüds" qüvvələrinin komandiri Qasım Süleymaninin qisasını almaq üçün Boltonu qətlə yetirməyə cəhddə şübhəli bilinir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.