Dünya

Kim Çen In koronavirusa yoluxub

11 Avqust 2022 15:15
0 Şərh     Baxış: 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In COVID-19-a yoluxub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Şimali Koreya liderinin kiçik bacısı Kim Yo Çjon bildirib.

Koreya Fəhlə Partiyasının təbliğat və təşviqat şöbəsinin sədr müavini postunu tutan xanım Çjon Kim Çen Inın artıq sağaldığını, xəstə olduğu vaxtlarda bir dəqiqə belə işindən ayrılmadığını vurğulayıb.

Qeyd edək ki, Şimali Koreya lideri epidemiya əleyhinə müşavirədə ölkəsinin koronovirus infeksiyasına qalib gəldiyini bəyan edib.

Məlumatlara görə, bu il aprel ayının sonundan - Şimali Koreyada koronovirus pandemiyası qeydə alınandan ölkədə ümumilikdə 4.77 milyon nəfər bu virusa yoluxub. Onlardan 99,99%-i sağalıb, cəmi 74 nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.