Dünya

İspaniyada öküz bayramı yenə CAN ALDI

9 Avqust 2022 21:38
0 Şərh     Baxış: 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyada öküz bayramı zamanı iki nəfər ölüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, La Seka bələdiyyəsində festivalın sonuncu günü avqustun 9-na keçən gecə baş tutub. Öküz iştirakçılardan birinə hücum edərək, onun boynuna buynuzları ilə zərbə endirib. Zərərçəkən xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Mərhumun ölkənin şimal bölgəsindən əyləncə tədbirlərinə qatılmaq və dincəlmək üçün gəldiyi məlum olub.

Bundan başqa, daha bir nəfər infarkt nəticəsində dünyasını dəyişib. Şənliklər başlamazdan əvvəl səhhəti kəskin şəkildə pisləşdi, o da başqa şəhərdən La Sekaya gəlib.

Hadisələrdən sonra şəhərin meri Qreqorio Bayon faciəvi hadisələrə görə festivalın vaxtından əvvəl başa çatacağını açıqlayıb. Yerli sakinlər bu qərarı alqışlarla dəstəkləyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.