Dünya

"Taliban" İŞİD-ə qarşı əməliyyata başlayıb

8 Avqust 2022 13:22
1 Şərh     Baxış: 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Taliban" hökumətinin təhlükəsizlik qüvvələri Əfqanıstanın şərqində yerləşən Kunar əyalətində terrorçu İŞİD qruplaşmasına qarşı əməliyyata başladğını elan edib.

Milli.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Taliban" hərbi qüvvələri 201-ci komandanlığının mətbuat katibliyi açıqlama yayıb.

Bildirilib ki, əməliyyat Kunar əyalətinin Çouki şəhərinin Dare-dive-gül rayonunda keçirilir.

Açıqlamaya əsasən, əməliyyat İŞİD tam məhv edilənədək sürəcək.

"Taliban"ın müvəqqəti hökuməti əməliyyat nəticəsində ölən və yaralananlar barədə məlumat verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.