Dünya

İosif Stalin həbs olundu

5 Avqust 2022 09:15
0 Şərh     Baxış: 1 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şri-Lanka polisi bu ilin may ayında icazəsiz mitinq və etiraz aksiyalarının təşkili və həmin aksiyalarda iştiraka görə yerli müəllimlər həmkarlar ittifaqının sədri İosif Stalini həbs edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, həbsi zamanı Stalin polislə mübahisə etməyə çalışıb və etiraz etmək hüququnun demokratik hüquq olduğunu bəyan edib. Sovet rəhbərlərindən birinin adaşı müvəqqəti saxlama təcridxanasına göndərilib.

Qeyd edək ki, Stalinin iştirak etdiyi Şri Lankadakı etirazlar aprel ayında ölkə iqtisadiyyatını iflic vəziyyətinə salan görünməmiş maliyyə və iqtisadi böhran fonunda başlayıb. Ada dövlətində xarici valyuta, yanacaq, neft məhsulları, gübrələr, ərzaq və dərman qıtlığı yaşanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.