Corabında qadağan olunmuş əskinas keçirtdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni Zelandiyadan olan turist Şimali Koreyaya məxsus əskinası corabda gizlədərək sərhəddən keçirib.
Milli.Az bildirir ki, o, bu barədə Reddit-dəki paylaşımında danışıb.
Yeni Zelandiyadan olan səyahətçi Con Şimali Koreya turunda olduğunu iddia edib. Dayanacaqların birində o, görməli yerləri gəzdirən avtobusun sürücüsünün əlində beş min Şimali Koreya vonu (təxminən 5,6 dollar) dəyərində qeyri-adi əskinas görüb. Pulda keçmiş prezident Kim İr Sen təsvir olunub.
Bələdçinin izah etdiyi kimi, bu əskinaslar artıq dövriyyədə deyil. Onlar yalnız bəzi yerli sakinlərdə qalıb və ümumiyyətlə, əcnəbilər üçün əlçatan deyil. Onları ölkədən çıxarmaq qadağandır.
Sürücü məmnuniyyətlə nadir əskinasın eyni nominallı on yeni əskinasla dəyişdirilməsinə razılıq verib. Con onu sərhəddən keçirməyə qərar verib və hər ehtimala qarşı corabda gizlədib.
Səfərdən qayıtdıqdan sonra o, bu hekayəni paylaşıb. Onun gözləntilərinin əksinə olaraq, çoxları ona mənfi reaksiya verib. İstifadəçilərdən biri şübhə edib ki, bir növ suvenir naminə belə risklərə getməyə dəyməz. Başqa birisi yazıb ki, KXDR hakimiyyəti turistlə əskinasları kimin dəyişdirdiyini öyrənmək üçün bütün avtobus sürücülərini həbs edə bilər.
İstifadəçilər amerikalı tələbə Otto Vombierlə bağlı olan hadisəni də xatırlayıblar. O, Şimali Koreya otellərindən birindən təbliğat posterini oğurladığı üçün 15 il məcburi əmək cəzasına məhkum edilib.
İrfan Vəliyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
XƏBƏR LENTİ
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)





