Dünya

ABŞ Konqresi Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çalışır

31 İyul 2022 17:08
0 Şərh     Baxış: 777
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Konqresi Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çalışır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Andrea Kalan bildirib.

Departamentin nümayəndəsi telemarafonun efirində deyib ki, Konqres Rusiyanı terrorizmin sponsoru kimi tanımaq üçün meyarlar müəyyən edəcək.

Kalanın sözlərinə görə, bu, ölkəyə qarşı artıq qüvvədə olan sanksiyalara o qədər də təsir etməyəcək.

"Çünki artıq mövcud olan ən güclü sanksiyalar, bir ölkə terrorizmin sponsoru kimi müəyyən edildikdə tətbiq edilən sanksiyalara bənzəyir", - nümayəndə vurğulayib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.