Dünya

MİT-dən 18 nəfəri öldürən terrorçuya qarşı əməliyyat: Məhv edildi

30 İyul 2022 20:33
0 Şərh     Baxış: 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) daha bir uğurlu əməliyyat keçirib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, 4 ildir axtarışda olan terrorçu Nüsrət Tebiş əməliyyat nəticəsində öldürülüb.

Terrorçu 2008-ci ildə Güngörəndəki terror hücumunda 10 dəqiqə ara ilə iki bomba partladıb, nəticədə 5-i uşaq, 1-i hamilə olmaqla 18 Türkiyə vətəndaşı həyatını itirib.

MİT 2008-ci ildə Güngörəndə PKK-nın bombalı hücumunu həyata keçirənlərdən biri olan Nüsrət Tebişin 2008-ci ildə İraqın şimalına qaçdığını müəyyən edib. Ötən ay onun Suriyaya keçdiyi müəyyən edilib.

Terrorçunun Türkiyə sərhədinin 60 kilometrliyində Haseke şəhərində bir evdə gizləndiyini müəyyən edib. Planlaşdırılan əməliyyat çərçivəsində terrorçu zərərsizləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.