Dünya

Oğlunu ağladan məktəbliləri döydü, sonra diz çökdürüb üzr istətdi - VİDEO

30 İyul 2022 09:14
0 Şərh     Baxış: 1 529
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı kişi oğlunu ağladan iki məktəblini döyüb, ardınca isə onların hər ikisini oğlunun qarşısında diz çökdürərək üzr istəməyə məcbur edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, oğlunu göz yaşları içində görən kişi bunun səbəbini soruşub, uşaq da iki məktəblinin adını çəkərək təhqir edildiyini deyib. Bundan qəzəblənən ata da məktəbliləri "maarifləndirmək" qərarına gəlib.

Tümen şəhərində qeydə alınan hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Baş verənlərlə əlaqədar hüquq mühafizə orqanlarında yoxlamalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.