Dünya

ABŞ ukraynalı pilotlara “F-16” idarə etməyi öyrədəcək

27 İyul 2022 09:38
0 Şərh     Baxış: 1 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynalı pilotlara 2023-cü ildə ABŞ istehsalı olan "F-15" və "F-16" qırıcılarını idarə etmək üzrə təlimlər keçiriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat "Ukrinform"un brifinqində bildirib.

"Bizdə hazırda pilotların ölkə xaricində təlim keçməsi ilə bağlı məlumat yoxdur. ABŞ hökumətinin 2023-cü ildə hərbi pilotların hazırlanması üçün 100 milyon dollar ayırması barədə qərarı var. Ola bilsin ki, bu, daha əvvəl baş verəcək", - Y.İqnat deyib.

Onun sözlərinə görə, Amerika hökumətinin bu addımı ABŞ-ın ciddi niyyətini göstərir və eyni zamanda, Ukraynanın "F-15" və "F-16" ilə mümkün təminatını təsdiqləyir.

Xatırladaq ki, daha əvvəl Ukraynanın 1-1,5 ildən sonra ABŞ-ın "F-16 Fighting Falcon" qırıcılarından istifadə etməyə başlayacağı bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.