Dünya

Zelenski bu ölkənin prezidenti ilə ilk dəfə danışıqlar aparıb

27 İyul 2022 07:30
0 Şərh     Baxış: 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Zelenski ilk dəfə uruqvaylı həmkarı Luis Lakalle Pou ilə danışıqlar aparıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Zelenski "Telegram" kanalında məlumat verib.

"Bu gün dövlətlərarası münasibətlərin tarixində ilk dəfə Uruqvay prezidenti ilə danışıqlar apardım. Mən beynəlxalq təşkilatlarda dəstəyə görə təşəkkür etdim və Latın Amerikası regionunda digərləri kimi Uruqvaydan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi xahiş etdim", - deyə o bildirib.

Ukrayna prezidenti qeyd edib ki, o, əvvəllər Çili, Paraqvay və Kosta-Rika rəsmiləri ilə ünsiyyətdə olarkən Rusiyanın hərbi əməliyyatı mövzusuna toxunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.