Dünya

ABŞ Ərdoğanın Rusiyaya səfərini şərh edib

27 İyul 2022 07:07
0 Şərh     Baxış: 1 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərini şərh edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi "Zoom" proqramı vasitəsi ilə keçiridiyi brifinqdə məlumat verib.

"Bu səfərin qiymətləndirilməsini prezident Ərdoğana buraxırıq. Türkiyə ilə Rusiyanın ikitərəfli əlaqələri var. Türkiyə Birgə Koordinasiya Mərkəzinin həyata keçirilməsində iştirak edir",- deyə Kirbi bildirib.

ABŞ və Türkiyənin bir çox məsələdə əlaqədə olduğunu bildirən Kirbi İstanbulda Ukrayna taxılının ixracı ilə bağlı razılaşmanı yüksək qiymətləndirib və bu məsələdə BMT Türkiyə münasibətlərinə diqqət çəkib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.