Dünya

Sərnişinlərə qorxulu mesaj - Uçuş ləğv edildi

25 İyul 2022 22:17
0 Şərh     Baxış: 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada "Vueling" hava limanında sərnişinlərə göndərilən qorxulu mesaja görə təyyarə reysi təxirə salınıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, sərnişinlərin telefonuna Amhar dili olduğu müəyyən edilən anlaşılmaz dildə yazılan mesajla birlikdə qoxulu şəkillər də göndərilib.

"Ailələriniz hərəkətləriniz üçün qan tökəcək, siz əbədi olaraq əzab çəkəcəksiniz" mesajında ​​deyilir.

Pilotlar insidentdən xəbər tutandan sonra kapitan uçuşu təxirə salmaq qərarına gəlib və sərhədçilərə məlumat verib. Araşdırmalar nəticəsində polis mesajı göndərən şəxsi tapmağa müvəffəq olub.

Təqsirini boynuna alan şəxsin 18 yaşlı tələbə olduğu ortaya çıxıb. Onun hansı cəzaya məruz qalacağı barədə məlumat verilmir, lakin çox güman ki, aviaşirkət uçuşun gecikməsinə görə dəymiş zərəri almaq üçün tələbəni məhkəməyə verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.