Dünya

ABŞ-da fövqəladə vəziyyət elan edilib - FOTO

24 İyul 2022 23:10
0 Şərh     Baxış: 851
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Kaliforniya ştatında başlayan yanğının söndürülməsi üçün işlər davam edir.

Milli.Az APA-ya istinadən bildirir ki, qubernator Gavin Nyusom fövqəladə vəziyyət elan edib.

Yanğın yaşayış evlərinə doğru irəlilədiyindən 3000-ə yaxın insan təxliyə edilib.

İndiyədək 4600 hektara yaxın ərazi məhv olub.

Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin 11 yanğınsöndürəni, 400-dən çox şəxsi heyəti, 45 yanğınsöndürən maşını və 4 helikopteri alovla mübarizə aparır.

Yanğını 3000 kvadrat metrlik dağlıq və meşəlik ərazi olan, nadir ağacların olduğu "Yosemite" Milli Parkını da təhlükə altında qoyub.

Sürətlə yayılan alov səbəbindən əraziyə elektrik verilişi dayanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.