Dünya

Polşalılar “Bayraktar” almaq üçün Ukraynaya lazım olan məbləği toplayıblar

24 İyul 2022 19:41
0 Şərh     Baxış: 1 159
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşalılar Ukrayna Silahlı Qüvvələrinə Bayraktar TB2 pilotsuz uçan aparatı almaq üçün maddi vəsaitin toplanması ilə bağlı kampaniyanın başa çatmasına 4 gün qalmış nəinki tələb olunan məbləği toplayıb, həm də müəyyən edilmiş planı üstələyiblər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə kampaniyanın təşəbbüskarı polşalı jurnalist Slavomir Serakovski məlumat verib:

"Ümumilikdə 22 milyon zlotıdan (4,6 milyon avro) çox vəsait toplanıb, lakin yardıma qoşulmaq istəyənlərin çoxluğunu nəzərə alsaq, o, daha bir neçə gün aktiv qalacaq. Bütün yığılan əlavə miqdar Ukrayna Silahlı Qüvvələrinin Ukrayna Milli Bankındakı hesabına köçürüləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.