Dünya

Bayden Ukraynaya 270 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib

22 İyul 2022 23:03
0 Şərh     Baxış: 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya daha 270 milyon dollarlıq hərbi yardım paketinin verilməsinə dair sənədi imzalayıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Politico" nəşri Ağ Evin sözçüsü Con Kirbiyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ Ukraynaya 580 "Phoenix Ghost" hücum və kəşfiyyat aparatları göndərəcək.

Paketə, həmçinin dörd HIMARS çoxlu buraxılış raket sistemi (MLRS), 36 min mərmi və tank əleyhinə silahlar daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.