Dünya

Britaniyalı admiral Rusiya və Çini ölkə üçün təhlükə adlandırıb

20 İyul 2022 11:37
1 Şərh     Baxış: 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hazırda Rusiya təhlükə yaradır, lakin uzunmüddətli perspektivdə ən böyük risk Çindən gəlir".

Milli.Az "report"a istinadən bildirir ki, bunu Britaniya Hərbi Dəniz Qüvvələrinin rəhbəri Ben Key "Sky News"a açıqlamasında deyib.

"Dəniz analogiyasından istifadə edərək, biz durbin vasitəsilə bütün üfüqü öyrənməyə borcluyuq. Yalnız Rusiyaya diqqət yetirməyin riski ondan ibarətdir ki, Çinin uzunmüddətli strateji təhlükəsini gözdən itirə bilərsiniz", - Admiral bildirib.

Eyni zamanda, Key hesab edir ki, Böyük Britaniya Rusiyadan gələn cari təhlükəyə cavab verməlidir, lakin o nəyi nəzərdə tutduğunu izah etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.