Dünya

Blinken Yelena Zelenskaya ilə görüşdü

19 İyul 2022 08:58
0 Şərh     Baxış: 1 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda Ukraynanın birinci xanımı Yelena Zelenska ilə görüşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

Blinken ölkəsinin Ukraynanın bərpasına dəstək verəcəyini bildirib.

"Bu, dövlət katibi üçün ABŞ-ın Ukrayna xalqına hərtərəfli və ardıcıl dəstəyini vurğulamaq üçün bir fürsət idi",- deyə Prays bildirib.

Prays bildirib ki, görüşdə Entoni Blinken birinci xanımın təşəbbüsü ilə həyata keçirilən bir sıra proqramlar üzərində işiləri alqışlayıb.

"Onun Beynəlxalq İnkişaf Agentliyi tərəfindən də dəstəklənən vətəndaşlara psixoloji məsələlərlə bağlı gözəl təşəbbüsü var. O, həmçinin ABŞ-ın Ukraynanın yenidən qurulmasına kömək edəcəyinə əmin olduğunu bildirib",- deyə prays bildirib.

Çərşənbə günü onun ABŞ Konqresində çıxış edəcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.