Dünya

“Vaqner” son döyüşlərdə mərkəzi rol oynayıb - Britaniya kəşfiyyatı

18 İyul 2022 13:00
1 Şərh     Baxış: 939
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya ön xətt qüvvələrini gücləndirmək və canlı qüvvə itkilərini azaltmaq məqsədi ilə "Vaqner" özəl hərb şirkətindən istifadə edir.

Milli.Az APA-ya istinadən bildirir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, "Vaqner" Popasnaya və Lisiçanskın ələ keçirilməsi də daxil olmaqla, son döyüşlərdə mərkəzi rol oynayıb. Əlavə olunub ki, bu döyüşlər qrupun ağır itkilər verməsi ilə nəticələnib.

"Vaqner" rekrut standartlarını endirərək məhbusları, əvvəllər qara siyahıya alınmış şəxsləri işə götürür. Yeni rekrutlara çox məhdud təlimlər keçirilir. Bu, böyük ehtimal ki, qrupun gələcək əməliyyat effektivliyinə təsir edəcək və onun Rusiya qüvvələrinə müntəzəm dəstək vermək qabiliyyətini azaldacaq", - Britaniya kəşfiyyatının məlumatında qeyd olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.