Dünya

Daha 3 məmur istefa verdi

13 İyul 2022 23:00
0 Şərh     Baxış: 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hakim "Gürcü Arzusu" partiyasından daha üç məmur istefa verib.

Milli.Az xəbər verir ki, partiya sıralarından Telavi, Adigeni və Aspindze bələdiyyələrinin üzvləri gediblər.

Levan Koçloşvili, İmeda Mqebrişvili və Giya Çelişvili bildiriblər ki, istefa barədə qərarları azad danışmaları üçün qəbul ediblər.

Onların fikrincə, Qərb müxalifəti həddindən artıq dəstəkləyir və Gürcüstanın müharibəyə cəlb edilməsi təhlükəsi yaradır.

Qeyd edək ki, iyunun 28-də "Gürcü Arzusu"ndan parlamentin üç komitəsinin sədri - Sozar Subari, Mixeil Kavelaşvili və Dmitri Xundadze, iyulun 11-də isə Laqodexi, Çiatura, Tercola və Axaltsixe bələdiyyələrinin üzvləri istefa veriblər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.