Dünya

Fransadan İrana xəbərdarlıq: Bir neçə həftə qaldı...

13 İyul 2022 13:40
0 Şərh     Baxış: 1 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın nüvə sazişinin bərpası üçün fürsət pəncərəsinin bağlanmasına cəmi bir neçə həftə qalıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Ketrin Kolonna deputatlar qarşısında çıxışında deyib.

O, situasiyanın daha məqbul olmadığını bildirib və İranı daha öncə Doha danışıqlarında əldə edilən razılaşmalardan imtina etməkdə, gecikdirməkdə ittiham edib.

"İranın hələ də nəhayət qərar vermək imkanları var. Lakin zaman gedir. İran hazırki siyasi kursunu davam etdirsə, nüvə silahının yaradılmasının bir addımlığında olacağıq. Vaxt gedir, Tehran bunu başa düşməlidir", - deyə nazir bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.