Dünya

Bakıda təhsil alan keçmiş prezidentin qızından ŞOK İDDİA: Atamı keçmiş arvadı öldürtdürə bilər...

12 İyul 2022 17:37
0 Şərh     Baxış: 1 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Anqolanın keçmiş prezidenti Joze Eduardo duş Santuşun qızı onun öldürülə  biləcəyini deyib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu versiyanı yoxlamaq üçün İspaniyada məhkəmə ekspertləri meyiti yarıblar, onun nəticələri hələ məlum deyil.

"Agence France-Presse" xəbər verir ki, Çize duş Santuş bu cəhddə atasının keçmiş həyat yoldaşı Ana Paulanı ittiham edir. Siyasətçinin qızının sözlərinə görə, Ana Paula eks-prezidentin ətrafının "insanları təqib edən" Anqola hökuməti ilə bağlıdır.

Duş Santuşun ailəsi də Anqola hakimiyyətinin təzyiqlərini açıqlayıb - siyasətçinin Barselonada dəfn olunmaq istəyinə baxmayaraq, onu vətənində dəfn etmək istəyirlər.

Joze Eduardo duş Santuş iyulun 8-də ürək tutmasından vəfat edib. O, Anqolanı 38 il idarə edib və 2017-ci ildə vəzifəsini tərk edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.