Dünya

Bayden Yaxın Şərqə səfəri zamanı Ukrayna üçün sovet silahları tapmağa çalışacaq

11 İyul 2022 11:30
0 Şərh     Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Co Bayden Yaxın Şərqə səfəri zamanı Ukrayna üçün sovet silahları tapmağa çalışacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu "Nyu York Tayms" nəşri məlumat yayıb.

"Prezident Bayden Ukraynanı lazım olduğu qədər dəstəkləyəcəyini vəd edib, lakin nə o, nə də başqası bunun nə qədər davam edəcəyini deyə bilməz. Rəsmilərin fikrincə, nə vaxtsa ABŞ və Avropada silah ehtiyatları tükənəcək.

Birləşmiş Ştatlar 54 milyard dollarlıq hərbi və digər yardımlara icazə versə də, bu məbləğ bitdikdən sonra heç kim başqa 54 milyard dollarlıq çek gözləmir", - nəşr yazır.

Bildirilib ki, Bayden və komandası uzunmüddətli silah strategiyası axtarırlar, çünki danışıqlar yolu ilə həll perspektivi uzaqdır və ictimaiyyət özünü müharibədən yorulmuş hiss etməyə başlayır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.