Dünya

Ukraynanın bu şəhərlərində rus təhsil sistemi tətbiq olunacaq

10 İyul 2022 09:45
0 Şərh     Baxış: 1 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ukraynanın ələ keçirdiyi şəhərlərində rus təhsil sisteminin qəbul edildiyi, lakin ana dili ukrayna dili olan uşaqların öz dillərində seçmə kurslar keçə biləcəyi açıqlanıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Rusiyanın təhsil naziri Sergey Kravtsov açıqlaması zamanı deyib:

"Ukrayna dilini kimsə qadağan eləmir. Ukrayna dili ana dili olaraq qalmağa davam edəcək. Bu dildə təhsil almaq istəyən uşaqlar üçün lazimi saatlar müəyyənləşəcək. Daha öncə dəfələrlə dedik. Qardaş xalqlar arasında bir çox ortaq dillər var. Bizim kökümüz birdir. Ukrayna dili çox zəngin dildir. Ona görə də onu qəti şəkildə qadağan etmək olmaz".

Kravtsov ələ keçirilən şəhərlərdə təhsilini davam etdirən tələbələrin Rusiya diplomu alacağını bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.