Rusiyanın Murmansk vilayətinin Monçeqorsk şəhərində üçüncü gündür ki, səkkiz yaşlı uşağı onun üçün mənzilinin qapısını açmağa razı salan, sonra isə uşağı zorlayaraq hamamda boğan pedofili axtarırlar.
Milli.Az bildirir ki, bu barədə SHOT məlumat yayıb.
Telegram kanalının məlumatına görə, birinci sinif şagirdi evdə tək, qapalı vəziyyətdə olub. Ana o vaxt işdə idi. Dəhşətli hadisəni hiss edən qadın oğluna zəng edib, amma zəngə cavab verən olmayıb. İşdən icazə alan qadın evə gedib. Mənzilin qapısı bağlı deyildi, açar içəridəki qıfılda idi (görünür, qapını qatilinə oğlan özü açıb). Uşağın cəsədi dolu vannada idi.
Ana deyir ki, tanışlarından heç kimdən şübhələnmir, çünki onların nadir hallarda qonaqları olur. Bu, ailədə ikinci dəhşətli itkidir - bir neçə ay əvvəl oğlanın atası dünyasını dəyişib.
İrfan Vəliyev
Milli.Az