Dünya

Conson Ərdoğana təşəkkür edib

4 İyul 2022 22:56
0 Şərh     Baxış: 898
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Baş naziri Boris Conson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ukrayna məsələsində göstərdiyi səylərə görə təşəkkür edib.

Milli.Az "report"a istinadən bildirir ki, parlamentdə çıxış edən Baş nazir qeyd edib ki, mövcud vəziyyətin həllində Türkiyənin rolu mühümdür və bu ölkə mümkün olan hər şeyi edir.

"Britaniya minalardan təmizləmə imkanları, eləcə də taxıl ixracında gəmilər üçün sığorta imkanları təklif edirik", - Conson deyib.

Onun sözlərinə görə, Bosfor boğazından istifadə etmək mümkün deyilsə, Ukraynadan taxıl ixracının alternativ yollarını araşdırmaq lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.