Dünya

Körpə alveri ilə məşğul olan sayt aşkar edilib

29 İyun 2022 11:00
0 Şərh     Baxış: 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanda körpələrin alveri ilə məşğul olan internet saytı aşkar edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Almatı Prokurorluğu xəbər yayıb.

Bildirilir ki, saytda gənc qadınlar yeni doğulan körpələrini satırlar. Bundan başqa, resursda qanundan yan keçərək uşaq övladlığa götürmək istəyənlərin də elanları tapılıb.

Alatau vilayətinin prokuroru saytın qanunsuz elan edilməsi və Qazaxıstan ərazisində fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib, məhkəmə ərizəni təmin edib.

"Eyni zamanda "insan alveri" maddəsi ilə bağlı yoxlama aparılması üçün materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Bu cinayət əməli əmlakı müsadirə olunmaqla 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır", - deyə prokurorluqdan əlavə edilib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.