Dünya

Bu ölkə Ukraynaya daha 118 milyon ABŞ dolları ayıracaq

29 İyun 2022 08:54
0 Şərh     Baxış: 713
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanada hökuməti humanitar və digər ehtiyaclar üçün Ukraynaya daha 151,7 milyon Kanada dolları (təxminən 118 milon ABŞ dolları) ayıracaq.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Şimali Amerika ölkəsinin Baş naziri Castin Trüdonun Almaniyada keçirilən G7 sammitinin yekunlarına görə yayılan mətbuat xidmətinin bəyanatında deyilir.

"Baş nazir Trüdo Ukraynada sülh və təhlükəsizliyi dəstəkləmək üçün yeni humanitar yardımın göstərilməsi üçün 151,7 milyon Kanada dolları ayrıldığını açıqlayıb", - sənəddə deyilir.

Bu məbləğin 75 milyon Kanada dolları (təxminən 58 milyon ABŞ dolları) birbaşa ərzaq, tibbi ləvazimat və müvəqqəti sığınacaqların alınmasına yönəldiləcək. 15 milyon Kanada dolları (11,6 milyon ABŞ dolları) Ukrayna ərazisinin minalardan təmizlənməsi proqramlarına yönəldiləcək.

Bundan əlavə, Castin Trüdo qeyd edib ki, rəsmi Ottavanın əvvəllər Kiyevə yardım üçün ayırdığı 73 milyon Kanada dolları (56,7 milyon ABŞ dolları) Ukrayna və onun qonşu dövlətlərində humanitar böhranın aradan qaldırılması üçün tədbirlərə yönəldiləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.