Ukrayna əsgəri Rusiyanın "Su-25" hücum təyyarəsini vurub.
Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Hücum Qoşunları məlumat yayıb.
"Bu gün, iyunun 24-də istiqamətlərdən birində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin 79-cu xüsusi hava hücumu briqadasının hava hücumundan müdafiə bölməsinin hərbçisi Rusiyanın "Su-25" "Qraç" hücum təyyarəsini uğurla vurub". məlumatda deyilir.
Təyyarənin "İqla" portativ raket sistemindən vurulduğu dəqiqləşdirilir.
Xatırladaq ki, ötən həftə Rusiyanın "Su-25" təyyarəsi Donbassda vurulmuşdu, o da "İqla" sayəsində endirilmişdi. Daha sonra rus pilotun əsir götürüldüyü məlum olub. (publika.az)
Milli.Az