Ukraynada Rusiyanın daha bir "Su-25" təyyarəsi VURULDU

24 İyun 2022 23:52

Ukrayna əsgəri Rusiyanın "Su-25" hücum təyyarəsini vurub.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Hücum Qoşunları məlumat yayıb.

"Bu gün, iyunun 24-də istiqamətlərdən birində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin 79-cu xüsusi hava hücumu briqadasının hava hücumundan müdafiə bölməsinin hərbçisi Rusiyanın "Su-25" "Qraç" hücum təyyarəsini uğurla vurub". məlumatda deyilir.

Təyyarənin "İqla" portativ raket sistemindən vurulduğu dəqiqləşdirilir.

Xatırladaq ki, ötən həftə Rusiyanın "Su-25" təyyarəsi Donbassda vurulmuşdu, o da "İqla" sayəsində endirilmişdi. Daha sonra rus pilotun əsir götürüldüyü məlum olub. (publika.az)

Milli.Az