Dünya

İsraildə 1200 yaşlı məscid aşkar edilib

24 İyun 2022 09:07
0 Şərh     Baxış: 1 293
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin Neqev səhrasındakı Rahat şəhərində qazıntı işləri zamanı yaşı 1200-dən çox olan kənd məscidi aşkar edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrailin Qədim Tarix İdarəsi məlumat yayıb.

VII-VIII əsrlərdə tikildiyi ehtimal olunan məscid kvadrat şəkilli 1 otaqdan və mehrabdan ibarətdir. Burada eyni anda onadək şəxsin ibadət etməsi mümkün olub.

İsrailli arxeoloqlar bildirirlər ki, bura yaxın ərazidə 2019-cu ildə qazıntı zamanı da başqa bir kənd məscidi aşkara çıxmışdı. Bunlar islam dünyasının ən qədim məscidləri arasında yer alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.