Dünya

Saakaşvilidən siyasi partiyalara çağırış

21 İyun 2022 08:30
0 Şərh     Baxış: 2 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili siyasi partiyalara müraciət edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, onun müraciəti sosial media hesabı vasitəsilə yayılıb.

"Bütün silahdaşlarıma, Vahid Milli Hərəkatın tərəfdarlarına, həmçinin bütün partiyalara müraciət edirəm ki, bugünkü (ötən gün keçirilən aksiya - red.) mitinq ilə kifayətlənməsinlər. Bizi kimlərsə nəyisə gözləməyə səsləyirsə, praktiki olaraq bizdən növbəti dəfə aldanmağı xahiş edir.

Bizim avropalı gələcəyimiz öz əlimizdədir. Deoliqarxizasiya üçün oliqarxın hakimiyyəti kimi başlıca institut dəyişməlidir. Texniki hökumət yaradılmalı və Avropa İttifaqının nəzarəti altında gürcü xalqının maraqlarına xidmət edən seçkilər baş tutmalıdır", - deyə Saakaşvili bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.