Dünya

NATO-nun baş katibi: “Rusiya sülh və təhlükəsizliyə təhdiddir”

20 İyun 2022 08:39
0 Şərh     Baxış: 802
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya artıq NATO-nun tərəfdaşı deyil, sülh və təhlükəsizliyə təhdiddir.

Milli.Az "report"a istinadən bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Biz Alyansın Madriddə keçiriləcək sammitində bəyan edəcəyik ki, Rusiya artıq tərəfdaş deyil, təhlükəsizliyimizə, eləcə də sülh və sabitliyə təhdiddir", - o, NATO-nun yeni strategiyasının konsepsiyası ilə bağlı sualı cavablandırarkən vurğulayıb.

Baş katibin sözlərinə görə, yeni strateji konsepsiyada möhkəmlənməsi ittifaqın təhlükəsizliyinə, maraqlarına və dəyərlərinə problem yaradan Çindən də bəhs ediləcək.

Eyni zamanda o, NATO-nun blokun komandanlığı altında 40 min əsgər göndərərək öz müdafiəsini gücləndirdiyini vurğulayıb. Stoltenberqin sözlərinə görə, bu, Moskva üçün aydın siqnal olmalıdır.

NATO-nun sammiti iyunun 29-30-da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.