Dünya

“Apple” yenidən dünyanın ən bahalı brendi oldu

17 İyun 2022 14:07
0 Şərh     Baxış: 631
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" dünyanın ən bahalı brendi adını yenidən qazanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Kantar" şirkətinin "Brandz Top 100 Most Valuable Global Brands" reytinqindən məlum olur.

Hazırda "Apple" brendi 947,1 milyard dollar dəyərində qiymətləndirilir ki, bu da ötən illə müqayisədə 55% yüksəkdir. Sonuncu dəfə bu brend 2015-ci ildə birinci pillədə qərarlaşmışdı.

İlk beşliyə həmçinin aşağıdakılar daxildir:

"Google" - dəyəri bir il ərzində 78% artaraq 820 milyard dollara yaxınlaşıb;

"Amazon" - dəyəri cəmi 3% artaraq 706 milyard dollar təşkil edir;

"Microsoft" - brend 49% bahalaşaraq 611 milyard dollara yüksəlib;

"Tencent" - 11% ucuzlaşıb və 214 milyard dollar dəyərindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.