Dünya

“Heç kim başa düşmür ki, niyə Putinlə danışmağa davam edirəm”

17 İyun 2022 08:24
0 Şərh     Baxış: 1 054
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron Rusiyaya səfər etməyə və Vladimir Putinlə görüşməyə hazır olduğunu açıqlayıb. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Makronun sözlərinə görə, belə bir səfər yalnız müəyyən ilkin şərtlər daxilində baş tuta bilər. O qeyd edib ki, indiyədək Moskvadan heç bir siqnal daxil olmayıb.

"Heç kim başa düşmür ki, mən niyə Putinlə danışmağa davam edirəm. Mən bunu ona görə etdim ki, Fransanın burada rolunu görürəm. Rusiyaya səfər? Bu, ilkin şərtlər tələb edir, yəni Putinin jestləri. Mən onunla danışmağa davam edəcəyəm. Ukrayna Prezidenti və bunun faydalı olması şərti ilə", - Makron bildirib.

O, qeyd etdiyi ilkin şərtlərin bu günədək yerinə yetirilmədiyini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.