Dünya

“Zelenski bizdən yeni silah tələb etməyib”

17 İyun 2022 07:30
0 Şərh     Baxış: 860
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın Baş naziri Mario Draqi Ukrayna Prezidenti Volodomir Zelenskinin onlardan yeni silah istəmədiyini bildirib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Baş nazir bu haqda bugünkü Kiyev səfərindən sonra açıqlama verən zaman deyib.

Prezident Zelenski ilə görüşləri haqda Draqi deyib:

"Zelenski bizdən yeni silah tələb etməyib. Vəziyyətin necə olduğunu, kritikləşdiyini çatdırdı. Sovet silahlarının sursatları tükənmək üzrədir. Yeni silahların istifadəsi isə təlim tələb edir. Bəzi NATO üzvləri bu təlimləri verirlər, lakin bunun üçün zaman lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.