Dünya

“Qlobal ərzaq böhranını Rusiya təhrik etdi” - Zelenski

17 İyun 2022 07:19
0 Şərh     Baxış: 816
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski paytaxt Kiyevdə Fransa Prezidenti Emmanuel Makron, Rumıniya Prezidenti Klaus Yohannis, Almaniya Kansleri Olaf Şolts və İtaliyanın Baş naziri Mario Draqi ilə görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Zelenski bildirib ki, Rusiyanın Ukraynaya və mülki şəxslərə qarşı atdığı müxtəlif raketlərin ümumi sayı bu ay 3000-ə yaxınlaşa bilər:

"Rusiyanın Ukraynaya aqressiyası bütün Avropaya, hər birimizə, dəyərlərimizə qarşı aqressiyadır. Buna birlikdə cavab verməliyik".

"Nə qədər çox silah alsaq, xalqımızı, torpaqlarımızı bir o qədər tez xilas edə bilərik. Bir çox ukraynalı torpaqlarımızın azad olunmasını gözləyir", - deyə Zelenski ölkəsinin döyüşmək üçün silaha ehtiyacı olduğuna işarə edib.

Qlobal ərzaq böhranına da toxunan Ukrayna lideri bunu Rusiyanın təhrik etdiyini qeyd edib:

"Biz Rusiyanın Ukraynada ərzaq təhlükəsizliyinin təmin edilə bilməyəcəyi Afrika və Asiyada olan ölkələrdə aclıq və siyasi xaos yaratmaq planının qarşısını almaq üçün əlimizdən gələni etməliyik".

Ukrayna və Rusiya arasında danışıqların gedişindən danışan Zelenski vurğulayıb ki, Rusiya bu danışıqlara hazır deyil və sülh istəmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.