Dünya

Rusiya, Ukrayna və Türkiyə razılaşdı

15 İyun 2022 19:44
0 Şərh     Baxış: 8 629
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya, Ukrayna və Türkiyə Ukrayna limanlarından taxıl ixracı ilə bağlı müdafiə nazirlikləri vasitəsilə təcili rabitə kanalı təşkil ediblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, dövlətlər bu işi həyata keçirmək üçün general rütbəsindəki nümayəndələrini təyin edəcəklər.

Məlumata görə, rabitə kanalı sayəsində tərəflər taxıl ixracı məsələlərini ətraflı müzakirə edə biləcək və nəticədə bu proses öz məntiqi həllini tapacaq.

Bundan əvvəl Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko bildirib ki, Rusiya Ukrayna ərazisindən, o cümlədən Rusiya silahlı qüvvələrinin nəzarətinə keçən ərazilərdən taxıl ixracına mane olmur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.