Dünya

İki ildən sonra Ukraynanın dünya xəritəsində mövcud olacağını kim söylədi? - Medvedev

15 İyun 2022 13:24
0 Şərh     Baxış: 1 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın gələcəkdə dünya xəritəsində mövcud olacağına əminlik yoxdur.

Milli.Az bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kiyevin mayeləşdirilmiş təbii qazı (LNG) iki il ərzində tədarük haqqını ödəmək şərti ilə "xarici sahiblərdən" Lend-Lease əsasında almaq planlarını şərh edərkən deyib. Bu barədə siyasətçi bu gün, iyunun 15-də özünün Telegram kanalında yazıb.

"Mən bilirəm ki, Ukrayna Lend-Lease-ə əsasən, iki il ərzində tədarük üçün ödənişlə xaricdəki sahiblərindən LNG almaq istəyir. Əks təqdirdə, gələn qışda sadəcə donacaq. Sadəcə bir sual: iki ildən sonra Ukraynanın dünya xəritəsində belə mövcud olacağını kim söylədi? Baxmayaraq ki, amerikalıların artıq vecinə deyil - onlar "anti-Rusiya" layihəsinə o qədər sərmayə qoyublar ki, qalan hər şey onlar üçün heç nə deyil...", - Medvedev bildirib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.