Dünya

Rusiya Ukraynaya qarşı: müharibənin gələcək inkişafı üçün üç ssenari

15 İyun 2022 11:37
0 Şərh     Baxış: 1 148
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərb rəsmiləri və analitikləri Rusiyanın Ukraynaya qarşı müharibəsinin necə inkişaf edəcəyi ilə bağlı üç əsas ssenarini nəzərdən keçirirlər.

Milli.Az bildirir ki, bu barədə CNN-in materialında deyilir.

Mümkün ssenarilərdən birincisi Rusiyanın Ukraynanın Luqansk və Donetsk vilayətlərində tədricən daha çox yeni əraziləri ələ keçirməsidir.

İkinci ssenari, hər iki tərəfin irəliləyə bilməməsi və müharibənin mövqe mərhələsində aylarla, hətta illərlə davam etməsi, hər iki tərəf üçün ağır itkilər və qlobal iqtisadiyyat üçün nəticələrdir.

Ən az ehtimal hesab edilən üçüncü ssenari isə Rusiyanın hədəflərini tənzimləməsi, guya nəzərdə tutduqlarına nail olduğunu iddia etməsi və hərbi əməliyyatların sona çatmasına zəmin yaratmağa çalışmasıdır.

Əgər Rusiya zəbt olunmuş Ukrayna ərazilərində möhkəmlənməyə nail olsa, ABŞ Putinin bu ərazidən Ukraynanın dərinliklərinə doğru növbəti hücum üçün tramplin kimi istifadə etməyə başlayacağından ehtiyat edir.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory