Dünya

İranda fabrikdə partlayış baş verdi - 100-dən çox yaralı var

14 İyun 2022 08:32
0 Şərh     Baxış: 708
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Fars əyalətinin Firuzabad şəhərində natrium karbonat zavodunda partlayış baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, partlayış Firuzabad natrium karbonat fabrikində çənlərdən birində sızma nəticəsində baş verib.

Fars Dövlət Təcili Tibbi Yardım və Qəza Mərkəzinin direktoru Məhəmməd Cavad Muradiyan verdiyi yazılı açıqlamada partlayışın törətdiyi yanğında 112 nəfərin yaralandığını açıqlayıb.

Xəsarət alanlar arasında qazdan zəhərlənənlərin də olduğunu qeyd edən Muradiyan yaralıların Firuzabad xəstəxanasına aparıldığını bildirib.

Fars Qubernatorluğunun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin direktoru Halil Abdullahi də hadisənin tez bir zamanda təxliyə edildiyini və partlayış nəticəsində heç bir insan itkisinin olmadığını qeyd edib.

Yanğının fabrikin digər çənlərinə keçməsi və qazın yayılması ilə əlaqədar Cem-Firuzabad yolu da keçidlərə bağlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.