Dünya

Dnepropetrovsk "Uraqan"la vurulur: ölənlər və yaralılar var - FOTO

13 İyun 2022 16:22
0 Şərh     Baxış: 734
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı əsgərlər Dnepropetrovsk vilayətində Zelenodolsk şəhərini "Uraqan" sistemlərindən atəşə tutublar, nəticədə yerli sakinlər ölüblər və yaralanıblar.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə bu gün Dnepropetrovsk Vilayət Şurasının sədri Nikolay Lukaşuk məlumat verib.

"Krivoy Roq vilayətində çox ağır gecə. Dünən axşam saatlarında Zelenodolsk yenidən "Uraqan"lardan atəşə tutulub. Ruslar çoxmərtəbəli yaşayış binalarını vurub. Atışma nəticəsində bir qadın ölüb. Həmçinin orada yaralananlar var - üç qadın və iki kişi", - Lukaşuk bildirib.

Onun sözlərinə görə, zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

"Həmçinin gecə saatlarında ruslar yenidən Bolşaya Kostromkaya zərbələr endiriblər. Onlar yaşayış binasını vurub, yanğın baş verib. Elektrik və qaz xətləri də qarışıb. Tələfat yoxdur", - sədr bildirib.

Lukaşukun sözlərinə görə, regionun digər icmalarında vəziyyət hələ də nəzarət altındadır. Rusların atəşinə baxmayaraq, ukraynalı müdafiəçilər xətti möhkəm saxlayırlar.

Aslan Məmmədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.